<

Məişət istehlakçısı kimdir?

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasın Qanununun 1.1.50. maddəsinə əsasən məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda və qarajlarda məişət ehtiyacları üçün (sahibkarlıq fəaliyyəti istisna olmaqla) elektrik enerjisindən istifadə edən fiziki şəxsdir.