İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər?

"Elektroenergetika haqqında" Qanunun 29.5-ci maddəsinə əsasən, ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən istehlakçıya elektrik enerjisinin verilişi aşağıdakı hallarda dayandırıla bilər:

1) istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

2) elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra sərbəst olmayan istehlakçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müddətdə, sərbəst istehlakçı tərəfindən isə elektrik enerjisinin təchizatı müqaviləsi ilə nəzərdə tutulmuş müddətdə tam məbləğdə ödənilmədikdə təchizatçının təşəbbüsü ilə;

3) təchizatçı dəyişdikdə yeni təchizatçı ilə müvafiq müqavilə bağlanılmadıqda;

4) təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda ötürücü və ya paylayıcı sistem operatorunun təşəbbüsü ilə;

5) məhkəmənin qərarı ilə.