<

Paylayıcı şəbəkə nədir?

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.56. maddəsinə görə, paylayıcı şəbəkə – elektrik enerjisinin paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən 110 kV və aşağı gərginlikli transformator yarımstansiyalarının və elektrik verilişi xətlərinin məcmusudur.