<

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub.
1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1990-cı ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində təcrübəçi kimi diplomatik fəaliyyətə başlayıb.
1992-1996-cı illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində attaşe, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada ölkələri idarəsində ikinci katib, birinci katib, şöbə müdiri, idarə rəisinin müavini vəzifələrində çalışıb.
2001-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinin müşaviri, daha sonra isə müvəqqəti işlər vəkili olub.
2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
2005-ci ildə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və bu vəzifədə 2016-cı ilə qədər fəaliyyət göstərib.
2016-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub. 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Energetika naziri təyin edilib.
Azərbaycan, rus, ingilis və alman dillərində sərbəst danışır.

Ailəlidir. İki övladı var.

Qəbul günləri: Hər ayın ilk Bazar ertəsi saat 15:00-18:00