<

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
 

Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi, müəssisələrin fəaliyyətinin təhlili, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsi, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanması, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsi məqsədilə ölkə Prezidentinin 2017-ci il 22 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” yaradılıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Samir Axundovdur.

 

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.
Agentlik Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevdir.