
Aparatın rəhbəri

Aparat rəhbərinin müavini

Aparat rəhbərinin müavini

Şöbələr
Zaur Ələkbər oğlu Məmmədov
1974-cü ildə Bakı şəhərində anadan olub.
1997-ci ildə Azərbaycan Texnologiya Universitetini mühəndis-mexanik ixtisası üzrə bitirib.
2004-2006-cı illərdə Norveçdə Enerji Effektivliyi üzrə ixtisasartırma proqramını bitirib.
1993-2008-ci illərdə ticarət və ictimai iaşə, eləcə də telekommunikasiya və istehsal sahələrində fəaliyyət təcrübəsi əldə edib.
2009-2010-cu illərdə “Azəreneri” ASC-də ekologiya idarəsinin rəisi işləyib.
2010-2012-ci illərdə “Azenco” ASC-nin İdarə Heyətinin sədr müavini - idarə rəisi kimi fəaliyyət göstərib.
2012-2017-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2017-2018-ci illərdə Azərbaycan Respublikası Energetika Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb.
2018-ci ildən Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının rəhbəridir.
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, 2 övladı var.
Telefon: (+99412) 598-16-53/55
E-poçt: zaur.mammadov@minenergy.gov.az
Rövşən Şakir oğlu Kərimov
1963-cü ildə Bakı şəhərində anadan olub.
1986-cı ildə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsinin beynəlxalq iqtisadi münasibətlər bölməsini bitirib.
1986-1990-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici ölkələrlə iqtisadi əlaqələr Komissiyasında müxtəlif vəzifələrdə çalışıb.
1992-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi və müşavir işləyib.
1996-2011-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2011-2017-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində şöbə müdiri və nazirin müşaviri vəzifələrində fəaliyyət göstərib.
2017-2018-ci illərdə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində işləyib.
2018-ci ildən Azərbaycan Respublikası Energetika Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışır.
İqtisad üzrə fəlsəfə doktorudur.
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, 2 övladı var.
Telefon: (+99412) 598-16-53/54
E-poçt: rovshan.karimov@minenergy.gov.az
Elxan Akif oğlu Kərimov
1985-ci ildə Bakı şəhərində anadan olub.
2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
2011-cü ildə isə Bakı Dövlət Universitetində dövlət hüququ üzrə magistr dərəcəsini alıb.
2009-2014-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2014-2019-cu illərdə Azərbaycan Respublikasının Energetika Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri müavini-sektor müdiri işləyib.
2011-2017-ci illərdə Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
2019-cu ildən Azərbaycan Respublikası Energetika Nazirliyində Aparat rəhbərinin müavini-şöbə müdiri vəzifəsində çalışır.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Telefon: (+99412) 598-16-53/54
E-poçt: elkhan.karimov@minenergy.gov.az
№ | Şöbə | Şöbə müdiri |
---|---|---|
1 | Elektroenergetika və enerji səmərəliliyi şöbəsi | Həsənov Ələsgər Bəndalı oğlu |
2 | Neft-Qaz şöbəsi | |
3 | Beynəlxalq əməkdaşlıq şöbəsi | Zeynalov Orxan Namiq oğlu |
4 | Daxili nəzarət şöbəsi | Kərimov Elxan Akif oğlu |
5 | İqtisadiyyat şöbəsi | Qurbanov Rauf İbad oğlu |
6 | Hüquq şöbəsi | Ağayev İbrahim Hümbət oğlu |
7 | Maliyyə şöbəsi | Nuriyeva Gülnarə Baloğlan qızı |
8 | Təminat şöbəsi | |
9 | Dövlət qulluğu və kadrlar şöbəsi | İsmayılov Əsəd İsmayıl oğlu |
10 | Məxfi və səfərbərlik şöbəsi | Süleymanov Əzim Bəhman oğlu |
11 | Ümumi şöbə | Şirinov Emin Əlifağa oğlu |
12 | Çağrı mərkəzi sektoru | Mustafayeva Şahəstə Zahid qızı |
13 | Protokol xidməti sektoru | İsayeva Atəş Sokrat qızı |
14 | Mətbuat sektoru | Mikayılov Cahid İlham oğlu |
15 | Dövlət proqramları sektoru | Nəzərov Arif Məmməd oğlu |
16 | Elektron idarəetmə sektoru | Bağırov Turan Əbdülhüseyn oğlu |