Beynəlxalq əməkdaşlıq şöbəsi
Şıxəliyev Əşrəf Fərhad oğlu
Dövlət qulluğunun ixtisas dərəcəsi: -
Bitirdiyi təhsil müəssisəsinin adı, ili: Azərbaycan Neft və Kimya İnstitutu (1977-1982) - bakalavr; Sumqayıt Dövlət Universiteti (2002-2005) - magistr
1982-1993-cü illərdə Azərbaycan Neft Elmi-Tədqiqat və Layihə İnstitutu və Azərbaycan İnşaat Mühəndisliyi İnstitutlarında müxtəlif vəzifələrdə çalışıb.
1993-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi əlaqələr idarəsində ikinci katib və birinci katib vəzifələrində çalışıb.
1999-2003-cü illərdə Azərbaycan Respublikasının Nyu-Yorkda BMT-nin nəzdində Daimi Nümayəndəliyində birinci katib və müşavir kimi fəaliyyət göstərib.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində şöbə müdiri, rəis müavini və rəis kimi fəaliyyət göstərib.
2006-2010-cu illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyində müşavir vəzifəsində çalışıb.
2010-2011-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəisi vəzifəsində çalışıb.
2011-2018-ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq inkişafa yardım idarəsinin rəisi vəzifəsində çalışıb.
2018-2023-cü illərdə Azərbaycan Respublikasının Hindistan Respublikası, eyni zamanda Şri-Lanka DSR, Maldiv Respublikası, Nepal FDR, Banqladeş XR və Butan Krallığındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
6 fevral 2024-cü il tarixdən Azərbaycan Respublikası Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiridir.
E-poçt: ashraf.shikhaliyev@minenergy.gov.az