
Vəliyev Samir Teymur oğlu

Soltanov Elnur Zabit oğlu

Abbasov Kamal Fərhad oğlu
1962-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və ingilis dili tərcüməçisi ixtisası üzrə bitirib.
1984-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
1992-2017-ci illərdə Xarici İqtisadi Əlaqələr, Ticarət, Dövlət Əmlak, İqtisadi İnkişaf, İqtisadiyyat və Sənaye və İqtisadiyyat nazirliklərində rəhbər vəzifələrdə çalışıb.
2017-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il tarixli, 798 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
İqtisad elmləri namizədidir.
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, 2 övladı var.
Telefon: (+99412) 598-16-53/54
E-poçt: samir.valiyev@minenergy.gov.az
1974-cü ildə Mingəçevir şəhərində anadan olub.
1995-2003-cü illərdə Türkiyənin Orta Doğu Texniki Universitetinin beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb.
2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Tədqiqatlar Mərkəzində tədqiqatçı işləyib.
2003-2009-cu illərdə ABŞ-ın Texas Tech Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.
2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb.
2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Ailəlidir, iki övladı var.
Telefon: (+99412) 598-16-53/54
E-poçt: elnur.soltanov@minenergy.gov.az
1962-ci ildə Bakı şəhərində anadan olub.
1979-1985-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun xarici iqtisadi əlaqələr fakültəsində təhsil alıb.
1983-1988-ci illərdə SSRİ-nin Yəmən və İraqdakı Ticarət nümayəndəliklərində və Xarici Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
1988-1998-ci illərdə Azərbaycan SSRİ-nin Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının Nazirlər Kabinetində işləyib.
1998-2013-cü illərdə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar” və “Qaz İxrac” idarələrində rəhbər vəzifələrdə çalışıb.
2013-2020-ci illərdə “SOCAR”ın Qaz İxrac İdarəsində marketinq üzrə rəis müavini kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 19 may 2020-ci il tarixli Sərəncamı ilə Energetika nazirinin müavini vəzifəsinə təyin edilib.
2012-ci ildə “Tərəqqi” medalı, 2017-ci ildə isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Azərbaycan, rus, ingilis və ərəb dillərində sərbəst danışır.
Ailəlidir, 3 övladı var.
Telefon: (+99412) 598-16-53/54
E-poçt: kamal.abbasov@minenergy.gov.az