Dövlət qulluğunun ixtisas dərəcəsi: Dövlət qulluğunun müşaviri

Bitirdiyi təhsil müəssisəsinin adı, ili: Azərbaycan Dövlət İqtisad Universiteti (2005-2009); Naxçıvan Dövlət Universiteti (2015-2019)

2010-2013-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Elmi-Texniki-İnformasiya və Metodologiya Mərkəzində texnik, “Azpetrol Ltd” MMC-də menecer kimi fəaliyyət göstərib.

2015-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər idarəsində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

2020-2024-ci illərdə əmək fəaliyyətini Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində müxtəlif vəzifələrində davam etdirib.

2024-cü ildən Azərbaycan Respublikası Energetika Nazirliyində Təminat şöbəsinin müdir müavini kimi fəaliyyət göstərib.

23 may 2025-ci il tarixindən Energetika Nazirliyinin Təminat şöbəsinin müdiridir.