<

Elektrik sayğacının zədələndikdə kim tərəfindən təmir edilməlidir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı istehlakçının hesabına yerinə yetirilir. Digər hallarda isə enerjitəchizat müəssisəsinin hesabına yerinə yetirilir.