<

Hesablaşma elektrik sayğacları mənzildən kənarda necə quraşdırıla bilər?

“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.10-cu bəndinə görə, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.