<

Hansı obyektlər elektroenergetika obyektləri sayılır?

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.12. maddəsinə əsasən, elektroenergetika obyektləri – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi və paylanması prosesində istifadə olunan elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri, mərkəzi operativ-dispetçer idarəetməsini təmin edən bina və qurğulardır.