Elektrik enerjisi üzrə əhali üçün hansı tariflər mövcuddur?

“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 14 nömrəli Qərarına əsasən, ölkədə əhali istehlakçı qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 9 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün bir kilovat-saata görə 13 qəpik müəyyən edilmişdir.