- ANA SƏHİFƏ
- Sual-Cavab
Sual-Cavab
- Əhali üçün təbii qazın hansı satış tarifləri mövcuddur?
- Hesablaşma elektrik sayğacları mənzildən kənarda necə quraşdırıla bilər?
- İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacı zədələndikdə və ya qoşulma sxemi pozulduqda, təmir və ya əvəzetmə kimin hesabına həyata keçirilir?
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər?
- Elektrik enerjisi üzrə əhali üçün hansı tariflər mövcuddur?
- ETŞ-yə qoşulmaq üçün tez-tez verilən suallar
- Hesablaşma elektrik sayğacları harada və necə quraşdırılmalıdır?
- Məişət abonentinin təqsirindən sayğac zədələnərsə, cavabdehlik kimə məxsusdur?
- İstehlakçı hansı hallarda dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır?
- İstehlakçıya qazın verilməsi hansı hallarda dayandırılır?
- Qaz sayğacı kim tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir?
- Qoşulma aktı nədir?
- Sifarişçi kimdir?
- Elektroenergetika sahəsində dövlət nəzarətini kim həyata keçirir?
- Elektrik şəbəkələrinin mühafizə zonaları necə müəyyən edilir?
- Məişət abonentləri sayğacların dəyişdirilməsinə görə haqq ödəməlidirmi?
- İstehlakçılara (əhali, qeyri-əhali, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlər) elektroenergetika sektorunda texniki şərtlərin verilməsi hansı normativ hüquqi aktlarla tənzimlənir?
- Paylayıcı şəbəkə nədir?
- Ötürücü şəbəkə nədir?
- Hansı obyektlər elektroenergetika obyektləri sayılır?
- Bərpa olunan enerji mənbələrinə nələr aiddir?
- Aktiv istehlakçı kimdir?
- Məişət istehlakçısı kimdir?
- Elektrik qurğuları nədir?
- Elektrik şəbəkəsi nədir?
- Elektrik enerjisinin təchizatçısı (təchizatçı) nədir?
- Elektrik sayğacına müdaxiləyə görə yenidən hesablaşma necə aparılır?
- Cari xərclərə (lift pulu, təmir pulu və.s) olan borc səbəbindən binanın komendantı mənzilin elektrik enerjisi verilişini dayandıra bilərmi?
- Texniki şərt nədir?
- İxrac neft və qaz boru kəmərlərinin mühafizə zonasına düşən torpaq sahələrində təsərrüfat və tikinti işləri necə həyata keçirilir?
- İxrac neft və qaz boru kəmərlərinin mühafizə zonasına düşən yüklü torpaq sahələrinin alqı-satqısı necə həyata keçirilir?
- İxrac nəzarətinə düşən malların idxalına, ixracına ve tranzitinə icazələr hansı hüquqi aktlarla tənzimlənir?
- Energetika Nazirliyi tərəfindən verilən ixrac nəzarətinə düşən malların idxalına, ixracına ve tranzitinə icazəni hansı ASAN Xidmət mərkəzində almaq olar?
- Energetika Nazirliyi tərəfindən verilən icazələr üçün dövlət rüsumu tələb olunurmu?
- Energetika Nazirliyi tərəfindən verilən icazələrin müddəti nə qədərdir?
- Elektrik enerjisinin uçot cihazları olmadan elektrik qurğularının elektrik şəbəkəyə qoşulmasına yol verilirmi?
- Vətəndaşların müraciətlərinə hansı müddətdə baxılır?
- Elektrik enerjisi istehlakçısı kimdir?
- Abonent (əsas istehlakçı) kimdir?
- Subabonent kimdir?
- Tərəflərin istismar məsuliyyəti aktı nədir?
- Elektrik sayğacının zədələndikdə kim tərəfindən təmir edilməlidir?
- Elektrik sayğacı hansı hallarda dəyişdirilə bilər?
İxrac neft və qaz boru kəmərlərinin mühafizə zonasına düşən yüklü torpaq sahələrinin alqı-satqısı necə həyata keçirilir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2018-ci il tarixli 129 saylı qərarı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın 2.1.4-cü yarımbəndinə əsasən ASME B31.8 standartına (Amerika Mühəndis-Mexaniklər Cəmiyyətinin B31.8 nömrəli standartı) uyğun olaraq CQ və CQG boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır. Bu zonada başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə riayət olunmaqla, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə əvvəlcədən razılaşdırılmalıdır.
Eyni zamanda, torpaq sahibləri ilə Dövlət (yerli icra hakimiyyəti) arasında imzalanmış birtipli İcarə Müqavilələrinin 5.02-ci Bəndinə əsasən torpaq mülkiyyətçisinin BTC, CQBK və CQBKG ixrac boru kəmərlərinin mühafizə zolağı torpağını satmaq üzrə hüquqları aşağıdakı kimidir:
- Torpaq mülkiyyətçisi tikinti müddəti ərzində mühafizə zolağı torpağını və/və ya tikinti dəhlizini satmaq hüququna malik deyildir;
- Torpaq mülkiyyətçisi tikinti müddəti bitdikdən sonra mülkiyyətdə olan torpaq sahəsini və o cümlədən mühafizə zolağı torpağını satmaq hüququna malikdir, bu şərtlə ki, torpaq mülkiyyətçisi:
- Nəzərdə tutulan satış və alıcı tərəf (“Yeni Mülkiyyətçi”) barədə Dövlətə 15 (on beş) gün qabaqcadan bildiriş təqdim etməlidir;
- Yeni Mülkiyyətçi ilə bağlanacaq müqavilədə Yeni Mülkiyyətçi öz tərəfindən mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə dair hazırkı İcarə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını və qeyd olunmuş məhdudiyyətlə əməl edilməsinin əks olunmasını təmin etməlidir;
- alqı-satqı müqaviləsi imzalandığı tarixdən 3 (üç) gün sonra Dövlətə alqı-satqı müqaviləsinin surətini təqdim etməlidir.