<

İstehlakçı hansı hallarda dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır?

“Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.20-ci bəndinə görə, istehlakçı aşağıdakı səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır:

1. fors-major hadisə ilə bağlı;

2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla bağlı.