Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlar bloku

 

Bakıdan təxminən 100 km şərqdə yerləşən Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır.

20 sentyabr 1994-cü il tarixində Bakıda Azərbaycan hökuməti və altı xarici ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı üç çox mühüm neft yatağının - Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin işlənməsi üçün imzalanan Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) yeni neft strategiyasının başlanğıcını qoydu və bu strategiyanın həyata keçirilməsi ölkənin sürətlə inkişaf edərək Avropanın enerji xəritəsini dəyişdirə bilən mühüm qlobal enerji təchizatçısına çevrilməsinə imkan yaratdı.

Bu, Azərbaycanın dənizdə işlənmələr üzrə birinci HPBS-dir. HPBS qərb transmilli şirkətləri tərəfindən keçmiş Sovet İttifaqı respublikalarında yatırılan ilk mühüm sərmayə qoyuluşunu təmsil edir və Əsrin Müqaviləsi kimi tanınmışdır.

Bu yatağın əməliyyatçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) adından çıxış edən BP şirkətidir.

2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə 28,9 milyon ton neft hasil olunub. Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın başladığı 1997-ci il noyabr ayından indiyə kimi 448 milyon ton neft və 141,5 milyard kubmetr qaz hasil edilib. “Azər-Çıraq-Günəşli”dən əldə olunan hasilatın ümumi həcmindən 250 milyon ton (56 faiz) Azərbaycanın mənfəət neftinin payına düşür.

2017-ci ilin sentyabr ayının 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi müddəti 2050-ci ilə qədər uzadılıb.           Müqavilədə mənfəət

karbohidrogenlərinin bölgüsü Azərbaycana 75 faiz, podratçı tərəflərə 25 faiz müəyyənləşdirilib.

Podratçı qismində çıxış edən Azərbaycan AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6 faizdən 25 faizə artırılıb. Saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən Neft Fonduna ümumilikdə 3,6 milyard ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur. 2018-ci il yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Hasilatın Pay Bölgüsü Sazişinə əsasən yataqlar blokunda şirkətlərin payları aşağıdakı kimidir:

BP - 30,37 %

INPEX - 9,31 %

TPAO - 5,73%

SOCAR - 25 %

Statoil - 7,27 %

ITOCHU - 3,65 % ONGC

Chevron - 9,57 %

Exxon Mobil - 6,79 %

VIDESH - 2,31 %

BAKI-NOVOROSSİYSK NEFT KƏMƏRİ

 

9e838104 f65f 47e9 a4c1 88a6f4c1d414BTC ilə yanaşı Azərbaycan nefti Bakı-Novorossiyk vasitəsilə də xaricə ötürülür.

1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılmışdır. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir .1997-ci il oktyabrın 25-dən Azərbaycan nefti şimal boru kəməri vasitəsi ilə dünya bazarına çıxmış oldu. Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 km, Azərbaycan ərazisindəki uzunluğu 231 km, kəmərin diametri isə 720 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur.

Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.

Qərb İxrac Boru Kəməri-QİBK

(Bakı-Supsa)

 

qibkQərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

Uzunluğu 833 kilometr olan Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır.

1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze arasında Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılıq əldə olunub. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilib. Azəri, Çıraq, Günəşli yataqlardan çıxan ilkin Azərbaycan neftinin Bakı-Supsa neft kəməri vasitəsilə nəqli nəzərdə tutulurdu. Bakı- Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlayıb. QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərsinburaxma stansiyası (Azərbaycanda) daxildir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon barreldir. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı, kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır.

HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN NEFT BORU KƏMƏRİ

 

btcHeydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı- Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. İlk dəfə bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyini tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan, və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç Prezident aydın şəkildə bildirdilər ki, əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olmalıdır və bununla da kəmərin reallaşmasının siyasi qərarı verilmiş oldu. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsi imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunmuşdur.

Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl arasında imzalandı. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul Bəyannaməsi imzalandı. Bəyannaməni prezidentlər H.Əliyev, S.Dəmirəl, B.Klinton E.Şevardnadze, N.Nazarbayev və S.Niyazov imzaladılar. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi- Ceyhan kəmərinin inşasına başlandı. Mərasimdə 3 dövlət başçısı - Azərbaycan Prezidenti H.Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze və Türkiyə Prezidenti Ə.N.Sezər və ABŞ-ın Xəzər məsələləri üzrə nümayəndəsi S.Mənn iştirak etdi. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmiş oldu.

BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənmişdir. Layihənin operatoru bp şirkətidir. Kəmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), ARDNŞ (25 %), Şevron (8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir.

BTC kəməri ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulmuşdur. Hazırda kəmər vasitəsi ilə ildə 60 milyon ton neft nəql etmək mümkündür.Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri hazırda əsasən "Azəri-Çıraq Günəşli” yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz” yatağından çıxarılan kondensatı Azərbaycandan nəql edir. Bundan əlavə, hazırda Türkmənistan nefti də bu boru kəməri vasitəsilə nəql olunur. 2013 -cü ilin oktyabr ayından etibarən isə BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstanın "Tengiz” yatağından çıxarılan xam neftinin nəqlinə başlanılıb.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2016-cı ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 349 mln. ton (təxminən 2,61 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3425 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Gələcəkdə bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verəcəkdir, həmçinin "İpək yolu"nun və türkdilli ölkələrin də əsas magistral kəməri olacaqdır. Bakı- Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin nailiyyətidir və bu kəmər dünya "arteriya"sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.

Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alır. "Yeni neft strategiyası"nın uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng "Şahdəniz” qaz-kondensat yatağı aşkar edildi. "Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin səhmdarları ARDNŞ (10%), Statoyl (25,5%), BP (25,5%), TotalFinaElf (10%), LukAcip (10%), OLİK (10%), TPAO (9%) şirkətləridir. "Şahdəniz” qaz-kondensat yatağının aşkar edilməsi ilə əlaqədar XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. 2001 -ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalandı. 2001-ci il sentyabrın 29-da Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş" imzalandı. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft və Bakı- Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycan, Gürcüstan və Türkiyəni, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq, bölgədə sülh və sabitliyin, təhlükəsizliyin qərarlaşmasını, ölkələrimizin dünyada mövqeyinin möhkəmlənməsini təmin edib.

Səhifə 1 Cəmi 2

Energetika

Tədbirlər

q c 30.08.19 az

 Mediada biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent  $/b 60,25
 flag usa2x  WTI  $/b 55,69
 az  Azeri Light  $/b 64,06
Apellyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici
məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps az

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.