Əhali qrupuna aid istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla 0,4 kV-luq şəbəkədən) elektrik şəbəkəsinə qoşulma qaydası və müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar” ilə müəyyən olunur.

Elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət

Əhali qrupuna aid istehlakçılar mövcud və ya inşa ediləcək tikinti obyektlərini elektrik enerjisi (gücü) ilə təmin etmək üçün "ASAN xidmət""ASAN Kommunal"kiçik və orta biznes evlərinə (KOB evləri) və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilərlər.

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün tələb olunan məlumatların (sənədlərin) siyahısını bu linkə daxil olaraq əldə edə bilərsiniz.

Qoşulma xidmətinə görə ödəniş məbləğləri

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri  Azərbaycan Respublikasının Tarif Şurasının 03 may 2024-cü il tarixli 4 nömrəli Qərarı  ilə müəyyən olunur.