<

Cənub Qaz Dəhlizi

"Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Şahdəniz yatağı

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50­500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.

Qazın nəqli

Hazırda Azərbaycanda hasil edilən təbii qazın regionda yerləşən ölkələrin enerji bazarlarına nəqli üçün aşağıdakı dörd magistral qaz boru kəməri fəaliyyət göstərir: