- ANA SƏHİFƏ
- Qaz
Cənub Qaz Dəhlizi
"Cənub Qaz Dəhlizi"nin (CQD) məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
CQD layihəsinin təməli 2014-cü ilin sentyabr ayının 20-də qoyulub və aşağıda qeyd edilən 4 elementdən ibarətdir:
- “Şahdəniz” yatağının istismarının 2-ci mərhələsi;
- Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi;
- Trans-Anadolu Boru Kəməri;
- Trans-Adriatik Boru Kəməri.
Şahdəniz yatağının istismarının 2-ci mərhələsi (ŞD2)
- 4 iyun 1996-cı il tarixində Hasilatın Pay Bölgüsü Sazişi imzalanmışdır. Yataq 2006-cı ildə istismara verilmişdir;
- Qazın və kondensatın ilkin balans ehtiyatı: 1 trilyon m3-dən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat;
- ŞD2 üzrə kommersiya qaz həcmlərinin Türkiyəyə nəqli 30 iyun 2018-ci il, Avropaya isə 31 dekabr 2020-ci il tarixlərində başlamışdır;
- Səhmdarlar: BP – 29,99%, Lukoil– 19,99%, TPAO– 19%, NICO – 10%, CQD – 21,02%.
Cənub Qafqaz Boru Kəməri (CQBK) və Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG)
- CQBK-nin fəaliyyətə başlaması: 2006-cı il;
- Uzunluğu: 692 km;
- Ötürmə qabiliyyəti: illik 7,4 milyard m3-dir ;
- CQBKG-nin fəaliyyətə başlaması: 2018-ci il;
- Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti illik 16 milyard m3-dir;
- İllik ötürmə qabiliyyəti lazım olduğu təqdirdə 31 milyard m3-ə çatdırıla bilər;
- Səhmdarlar: BP – 29,99%, Lukoil – 19,99%, TPAO – 19%, NICO – 10%, CQD– 21,02%.
Trans-Anadolu Boru Kəməri (TANAP)
- 2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər;
- 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində təməlqoyma mərasimi keçirilmiş, boru kəmərinin inşasına başlanılmışdır;
- Açılış mərasimi 12 iyun 2018-ci ildə baş tutmuş, kommersiya qaz həcmlərinin Türkiyəyə nəqli 30 iyun 2018-ci ildə həyata keçirilmişdir. 2019-cu ilin noyabr ayının 30-da TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olmuş və bununla TANAP-ın tikintisi tamamlanmışdır;
- Uzunluğu: 1812 km;
- Ötürmə qabiliyyəti illik 16,2 milyard m3-dir (illik 31 milyard m3-ə kimi artırıla bilər);
- “TANAP layihəsi üzrə illik 16 milyard m3 Azərbaycan qazının 6 milyard m3-in Türkiyəyə, 10 milyard m3-in isə Avropadakı qaz alıcılarına təhvil verilməsi nəzərdə tutulub;
- Səhmdarlar: CQD – 51%, BOTAŞ – 30% və BP – 12%, STEAŞ – 7%.
Trans-Adriatik Boru Kəməri (TAP)
- “Cənub Qaz Dəhlizi”nin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilmişdir;
- 2016-cı ilin may ayının 17-də Yunanıstanın Saloniki şəhərində təməlqoyma mərasimi keçirilmiş, boru kəmərinin inşasına başlanmışdır;
- 2020-ci ilin noyabr ayının 15-də TAP istismara verilib və kommersiya əməliyyatlarına başlanıb. 2020-ci il 31 dekabr tarixindən etibarən kəmərlə İtaliya, Yunanıstan və Bolqarıstan istiqamətində kommersiya təbii qazının nəqlinə başlanılmışdır;
- Ötürmə qabiliyyəti illik 10 milyard m3-dir (illik 20 milyard m3-ə kimi artırıla bilər);
- Uzunluğu: 880,8 km (Yunanıstan – 551,5 km, Albaniya – 215,9 km, Adriatik dənizi – 105 km, İtaliya – 8,4 km);
- Səhmdarlar: BP – 20%; CQD – 20%; Snam – 20%; Fluxys – 20%; Enagas – 20%.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası
Azərbaycan Respublikasının Prezidentinin 29.10.2013-cü il tarixində “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 15 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 25.02.2014-cü il tarixində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 287 nömrəli Sərəncam imzalanıb. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı 2022-ci il fevralın 4-də, doqquzuncu toplantı, 2023-cü ilin fevralın 3-də, onuncu toplantısı isə 2024-cü il martın 1-də Bakı şəhərində keçirilib.
Digər xəbərlər
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.
Hazırda Azərbaycanda hasil edilən təbii qazın regionda yerləşən ölkələrin enerji bazarlarına nəqli üçün aşağıdakı dörd magistral qaz boru kəməri fəaliyyət göstərir: