Azərbaycan Respublikasının Energetika Nazirliyi binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə attestasiya elan edir. İmtahan 13 may 2025-ci il tarixində saat 15:00-da Energetika Nazirliyində keçiriləcəkdir.

İmtahanda iştirakı təsdiq edilmiş namizədlər imtahanla bağlı əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:

· Attestasiya Proqramı

· Bələdçi

Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000

Qeyd: Namizədlər attestasiya yerinə 15 dəqiqə əvvəl yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

Əlaqə: 598-16-53/54/55