- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və "BP-Azerbaijan" Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə Anlaşma Memorandumu (AM) imzaladılar.
Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirakı ilə “Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycanda noyabr ayı üzrə gündəlik neft hasilatı 801 min barrel olub. Bunun 733 min barrelini xam neft, 68 min barrelini kondensat təşkil edib. Gündəlik 605 min barrel xam neft, 68 min barrel kondensat, 6 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
2018-ci ilin noyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 137 müraciət daxil olub.
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.
Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.
Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
Energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Forum Energetika Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.