Dövlət qulluqçularının etik davranış qaydaları haqqında təlim keçirilib

Energetika Nazirliyində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən etik normalara dair dövlət qulluqçularının maarifləndirilməsi məqsədi ilə təlim keçirilib.

Azərbaycanda iyunda gündəlik neft hasilatı 768 min barrel olub

Respublikada iyun ayı üzrə gündəlik neft hasilatı 768 min barrel olub. Bunun 695 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib. Gündəlik 471 min barrel xam neft, 72 min barrel kondensat, 19,2 min barrel isə neft məhsulları ixrac edilib.

İstehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 1004 sayda araşdırma aparılıb

2019-cu ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində ümumilikdə 1004 sayda araşdırma aparılıb. Elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə əlaqədar büdcədən maliyyələşən istehlakçılarda 542 sayda texniki araşdırma aparılıb.

Xəzər Siyasət Mərkəzi idarə heyətinin üzvü Robert Sekuta Energetika Nazirliyində olub

Energetika naziri Pərviz Şahbazovla “Xəzər Siyasət Mərkəzi” idarə heyətinin üzvü Robert Sekuta arasında görüş keçirilib. Görüşdə Xəzər regionu ətrafında vəziyyət, qlobal miqyasda enerji sektorunda müşahidə olunan tendensiyalar, eləcə də yeni texnologiyalar və rəqəmsallaşmanın təsirləri ilə bağlı məsələlər müzakirə edilib.