- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdə şəhərlərində vətəndaşları qəbul edib
Noyabrın 22-də Energetika nazirinin müavini Samir Vəliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Həmin gün nazir müavini Elnur Soltanov isə Bərdədə Bərdə və Tərtər rayonlarının sakinləri ilə görüşüb.
Vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik qurğu və avadanlıqlarının yararsız vəziyyətdə olması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbullarda 10 vətəndaşın müraciətinə baxılıb.