Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əməkdaşlıq çərçivəsində “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim təşkil olunub.

Təlim çərçivəsində DİM-in nümayəndəsi tərəfindən xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədi və əsas prinsipləri, qiymətləndirmə prosesinə hazırlıq, onun təşkili və həyata keçirilməsi qaydaları, qiymətləndirmə meyarları, rəhbər şəxslərin və dövlət qulluqçularının vəzifə və öhdəlikləri barədə məlumat verilib. Həmçinin qiymətləndirmənin nəticələrinə əsasən tətbiq olunan tədbirlər, proses zamanı yarana biləcək neqativ halların qarşısının alınması yolları və müvafiq qaydalara edilmiş son dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv formatda keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 31 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər