- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxış edib.
Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində Prezident Donald Tramp tərəfindən Birləşmiş Ştatların Enerji Katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Dan Brullet ilə görüşüb. Görüşdə enerji sahəsində əməkdaşlığın, eləcə də Birləşmiş Ştatların Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə davamlı dəstəyinin iki ölkə arasında münasibətlərin inkişafına, regional və qlobal təhlükəsizliyə töhfələri müzakirə edilib.
Noyabrın 22-də Energetika nazirinin müavini Samir Vəliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Həmin gün nazir müavini Elnur Soltanov isə Bərdədə Bərdə və Tərtər rayonlarının sakinləri ilə görüşüb.
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planının icrası ilə bağlı cari ilin yekunu üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Energetika naziri Pərviz Şahbazov noyabrın 21-də Vaşinqton şəhərində keçiriləcək “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib
Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk regional sammitdə iştirak edib.
15-16 noyabr 2019-cu il tarixlərində Qazaxıstanın Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk Regional sammit keçiriləcək
Respublikada oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub. Bunun 644 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib.
Noyabrın 22-də Energetika nazirinin müavini Samir Vəliyev Mingəçevir şəhərində yerli sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (ünvan: 20 yanvar küçəsi 172) keçiriləcək.
Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.