<

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun iştirakı ilə  onlayn formatda “İkinci dərəcəli məlumat mənbələri” mövzusunda keçirilmiş texniki seminarda Azərbaycanın nümayəndə heyəti də iştirak edib.  Seminarda Azərbaycanı Energetika Nazirliyinin əməkdaşları Rauf Qurbanov, Otel Hüseynov, Akif Əfəndiyev, Loğman Dəmirli, Aytən Məmmədova və SOCAR-ın əməkdaşları Adil Abuşev və Elşən Nəsirov təmsil ediblər.  
Seminarda ikinci dərəcəli məlumatları hazırlayan şirkətlərin nümayəndələri ilə xam neftin hasilat göstəricilərinin hesablanma metodologiyası barədə fikir mübadiləsi aparılıb. 
Bu mövzuda Beynəlxalq Enerji Agentliyi (İEA), Argus, Platts, PIW və IHS-Markit kimi beynəlxalq təşkilatlar və agentliklərin təqdimatları dinlənilib. 
 

Digər xəbərlər