Azərbaycan martda gündəlik 798 min barrel neft hasil edib

Respublikada mart ayı üzrə gündəlik neft hasilatı 798 min barrel olub. Bunun 714 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 586 min barrel xam neft, 84 min barrel kondensat, 19,7 min barrel isə neft məhsulları ixrac edilib.

Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb

2019-cu ilin I rübü ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb. Bunlardan 22-i təbii qaz, 24-ü isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 6 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Bu ilin I rübündə Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb

2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb.