- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib
2020-ci ilin ikinci rübündə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 59 icazə verilib. Bunlardan 58-i ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı ilə bağlı olub. Bu dövrdə 29 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Ümumilikdə isə bu ilin 6 ayı ərzində ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 119 icazə verilib. Onlardan 110-u ixrac nəzarətinə düşən malların idxalı, 7-si ixracı, 2-si isə tranziti ilə bağlı olub.
Yarımildə 87 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.