Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Azərbaycanda səfərdədir

Bakıda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 12-də səfər proqramı üzrə Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş Azərbaycan övladlarının məzarları üzərinə güllər qoyub, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Energetika Nazirliyi 2018-ci il avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb

Azərbaycanda avqust ayı ərzində gündəlik neft hasilatı 774 min barrel olub. Bunun 716 min barrelini xam neft, 58 min barrelini kondensat təşkil edib. Gündəlik 641 min barrel xam neft, 58 min barrel kondensat, 19 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi avqust ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Generasiya güclərinin optimallaşdırılması ilə bağlı müzakirələr aparılıb

Energetika Nazirliyində “Azərenerji” ASC-nin, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Almaniyanın “ENERCO” şirkətinin nümayəndələri ilə birgə ““Azərenerji” ASC-nin elektrik stansiyalarının optimallaşdırılması və bərpası Proqramı”nın hazırlanması ilə bağlı ekspertlər səviyyəsində müzakirəsi keçirilib.

Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verilib

Energetika Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, daxil olan müraciətlərin çevik qəbul edilməsi və icrasının təmin edilməsi, energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə “974” Çağrı Mərkəzi istifadəyə verilib.

Energetika Nazirliyi 2018-ci il iyul ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb

Azərbaycanda iyul ayı ərzində gündəlik neft hasilatı 773 min barrel olub. Bunun 728 min barrelini xam neft, 45 min barrelini kondensat təşkil edib. Gündəlik 591 min barrel xam neft, 45 min barrel kondensat, 28,8 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.