<

2020-ci ilin iyul ayı ərzində  Energetika Nazirliyinin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı ümumilikdə 153 müraciətə baxılıb. Həmin müraciətlərdən 152-si icra edilib, 1 müraciət isə təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.
Müraciətlərə 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət"  mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Qərarına uyğun olaraq baxılıb. 
Sifarişçilər tərəfindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə edilmiş müraciətlərlə bağlı yaranmış şikayətlər Agentlik tərəfindən müvafiq qaydada həll edilərək sahibkarların məmnunluğu təmin edilib. 
 

Digər xəbərlər