- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən müvafiq icazələr 1 fevral 2018-ci il tarixindən “ASAN Xidmət” mərkəzləri vasitəsilə veriləcək.
Azərbaycan Respublikasının energetika nazirinin müavini Gülməmməd Cavadov , ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, eləcə də dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlərin iştirakı ilə "Azərbaycanın Elektrik Enerjsi Bazarında İslahatlar" mövzusunda dəyirmi masa keçirilib.
Milli dövlətçilik tariximizdə mühüm yer tutan 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Energetika Nazirliyində anım mərasimi keçirilib.
Energetika Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
Energetika Nazirliyində nazirliyin tabeliyində olan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin baş energetiki, mühəndis Tahir Cəfərovun “SMART market” (Elektroenergetika - islahatlar və intellektual bazar) adlı kitabının təqdimatı keçirilib.
Səudiyyə Ərəbistanına səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini bu ölkənin Kralı Salman bin Əbdüləziz Al Səud qəbul edib
Kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili və Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar Energetika Nazirliyində Təhvil-təslim komissiyası yaradılıb.
Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq, energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə qurumun yeni strukturu təsdiqlənib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib.
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini 2017-ci ilin dekabr ayında da yerinə yetirib.