Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub

Energetika Nazirliyinin təşkilatçılığı və Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə “EU4Energy” proqramı çərçivəsində hazırlanmış “Azərbaycanın Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planı” layihəsinin Avropa İttifaqı, beynəlxalq təşkilatlar, bir sıra yerli və xarici dövlət qurumlarının nümayəndələri, eləcə də ekspertlərin iştirakı ilə müzakirəsi keçirilib.

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Energetika Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə “21 sentyabr-Beynəlxalq Sülh Günü”nə həsr edilmiş “Sülh naminə beynəlxalq enerji əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.