<

Energetika naziri vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən müəyyən olunmuş qəbul qrafikinə uyğun olaraq, energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt şəhərləri, Şəmkir və Quba rayonlarından daxil olmuş müraciətlər əsasında nazirlikdə vətəndaşları qəbul edib.

Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun iclası keçirilib

Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək layihəsi çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə cəlb edilmiş ekspertlər tərəfindən təqdim edilən təkliflərin müzakirəsi, hüquqi aktların layihələrinin və digər sənədlərin mütəmadi təkmilləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun iclası keçirilib.

Enerji bazarı islahatı və alqı-satqı müqavilələri mövzusunda seminar keçirilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Ernst&Young” şirkətinin təşkilatçılığı ilə “Enerji bazarı islahatı” və “Enerji alqı-satqı müqavilələri” mövzusunda seminar keçirilib. Tədbirdə Avropa İttifaqı ölkələrində bu sahədə tətbiq edilən təcrübə barədə geniş dinləmələr keçirilib.

Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə tarixi köklərə malik, dostluğa əsaslanan ikitərəfli münasibətlərin iqtisadi, o cümlədən enerji sahəsində inkişafı, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və investisyaların cəlbi ilə bağlı məsələlər müzakirə edilib.