- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycanda Energetiklər Günü qeyd olunub
20 oktyabr “Energetiklər Günü” münasibətlə Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Azərenerji” ASC, və “Azərişıq” ASC-nin rəhbər vəzifəli şəxsləri və əməkdaşları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar.
40 il əvvəl, 20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 nömrəli sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib. Artıq 17 ildir ki, Azərbaycan energetikləri 20 oktyabr tarixini öz peşə bayramları günü kimi qeyd edirlər.