İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

2021-ci ilin 3-cü rübündə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı EMTA-ya bilavasitə və Energetika Nazirliyindən 1767 müraciət daxil olub.

- Elektrik enerjisi təchizatı ilə bağlı 92-si məlumat üçün olmaqla, cəmi 1494 müraciət daxil olub. Bu, 2-ci rüb ilə müqayisədə 145 müraciət və ya 11% çoxdur;
Təbii qaz təchizatı ilə bağlı 16-sı məlumat üçün olmaqla, cəmi 144 müraciət daxil olub. Bu, 2-ci rüb ilə müqayisədə 27 müraciət və ya 16% azdır;

- Istilik təchizatı ilə bağlı cəmi 4 müraciət daxil olub. Bu, 2-ci rüb ilə müqayisədə 6 müraciət və ya 60% azdır;

- Digər məsələlərlə bağlı 26-sı məlumat üçün olmaqla, cəmi 125 müraciət daxil olub. Bu, 2-ci rüb ilə müqayisədə 59 müraciət və ya 32% azdır.

1767 müraciətdən:

- 1301 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (20 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);
4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub;

- 328 müraciət hazırda baxılma prosesindədir;

- 134 məlumat xarakterli müraciətdən 45-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

- 3-cü rüb ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına verilmiş istismara buraxılış aktlarının sayı 2-ci rüb ilə müqayisədə 6,4% azalaraq 59 akt təşkil edib;

- Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı 2-ci rüb ilə müqayisədə 8,3% artaraq 78 təşkil edib;

- 3-cü rübdə aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı 2-ci rüb ilə müqayisədə 23% azalaraq 13 sənəd, qaz qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı isə 21% azalaraq 15 sənəd təşkil edib;

- 3-cü rübdə razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazələrin sayı 2-ci rüb ilə müqayisədə 33 % azalıb və 109 icazə təşkil edib;

- 3-cü rübdə qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 2-ci rüb ilə müqayisədə 15% azalıb və 706 tikinti obyekti təşkil edib;

- 3-cü rübdə qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2, elektrik şəbəkəsinə isə 4 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

- 3-cü rübdə 17 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub;

- 3-cü rüb ərzində tərtib edilmiş inzibati xəta haqqında protokolların sayı 2-ci rüb ilə müqayisədə 72% azalaraq 12, protokollar üzrə qəbul edilən qərarların sayı isə 65% azalaraq 28 olub.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR

- 3-cü rübdə elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə aparılan texniki yoxlamaların sayı 2-ci rüb ilə müqayisədə 4,8% azalaraq 40 olub;

- 3-cü rübdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə aparılan texniki yoxlamaların sayı 2-ci rüb ilə müqayisədə 7,3% azalaraq 38 olub; 

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Peşə biliklərinin yoxlanılması üçün müraciət edən müəssisə və təşkilatların sayı 2-ci rüb ilə müqayisədə azalıb. 3-cü rübdə Agentliyə müraciət edən müəssisələrin sayı 5% azalaraq 38 müəssisə təşkil edib, həmin müraciətlər əsasında əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılan elektrik təsərrüfatına cavabdeh şəxs və təhlükəsizlik texnikası üzrə mühəndislərin sayı da 33,7% azalaraq 126 nəfər olub. Bundan başqa, Agentlik tərəfindən biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

TEXNİKİ ŞURALAR

3-cü rübdə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara edilmiş müraciətlərin sayı 2-ci rüb ilə müqayisədə eyni qalaraq 732 müraciət təşkil edib. Müraciətlərin hamısı müsbət həll edilib. Müraciətlərə Bakıda və regionlarda yerləşən 17 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərində və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.

Digər xəbərlər