İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

Oktyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 549 müraciət daxil olub.

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 37-si məlumat üçün olmaqla cəmi 412  müraciət;

Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat üçün olmaqla cəmi 100 müraciət;

İstilik təchizatı ilə bağlı 2-si məlumat üçün olmaqla cəmi 5 müraciət;

6-sı məlumat üçün olmaqla cəmi 32 müraciət isə digər məsələlərlə bağlı olub.

 549 müraciətdən:

203 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (5 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub; 

292 müraciət hazırda baxılma prosesindədir;

53 məlumat xarakterli müraciətdən 19-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 19 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 20 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 3 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

43 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 285 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 15 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 5 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentlik tərəfindən 7 inzibati xəta haqqında protokol tərtib edilib və 1 qərar verilib.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 9 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 13 texniki yoxlama aparılıb.

 PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentliyə müraciət edən 6 müəssisədə elektrik təsərrüfatına cavabdeh 22 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

TEXNİKİ ŞURALAR

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 232 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Digər xəbərlər