Energetika naziri Pərviz Şahbazov Ukraynaya başsağlığı verib

 

Energetika naziri, Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov Ukraynanın ölkəmizdəki səfirliyinə gələrək  Azərbaycan hökuməti adından başsağlığı verib.  Nazir matəm kitabına ürək sözlərini yazıb:

“Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Ukrayna hökuməti və xalqına, təyyarə qəzası qurbanlarının ailələrinə və yaxınlarına Azərbaycan hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.”

P.Şahbazov

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.