Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib

 

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Macarıstanın xarici işlər və ticarət naziri ilə ötən il  Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində baş tutmuş görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini  xatırladıb və bu səfərin isə yeni imkanlar yaratdığını qeyd edib.  

Macarıstanın enerji təchizatının mövcud vəziyyəti, qaza olan tələbatı  barədə məlumat verən Peter Syarto qaz bazarının diversifikasiyası ilə bağlı planlardan danışıb. Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində  iştirakda  maraqlı olduğunu qeyd edib. 

Görüşdə “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirilmə perspektivləri,  növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması imkanları və işlənmədə olan qaz yataqları barədə məlumatlar  diqqətə çatdırılıb.

Enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq işçi qrupunun yaradılması təklif edilib.

Söhbət zamanı Azərbaycanla Macarıstan arasında əməkdaşlığın digər istiqamətləri, eləcə də regional enerji təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.