Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti Energetika Nazirliyində olub

 

Energetika Nazirliyində energetika nazirinin müavini Samir Vəliyevlə Ərəb Neft İnvestisiyalar Korporasiyasının (APICORP) İdarə Heyətinin sədri, Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin müavini Dr. Aabed Al-Sadoun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Korporasiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.  Aabed Al-Sadoun 43 ildir ki, fəaliyyət göstərən Korporasiya ilə SOCAR arasında əməkdaşlıq əlaqələrindən, birgə həyata keçirilmiş layihələrdən bəhs edib. Korporasiyanın İdarə Heyətinin növbəti  iclasının Bakıda keçiriləcəyi qeyd olunub. Bildirilib ki, belə tədbirlər yeni  əməkdaşlıq imkanlarının  reallaşdırılmasına töhfə olacaqdır.

Nazir müavini Samir Vəliyev ikitərəfli əməkdaşlığı neft-qaz sektoru ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələri sahəsində də inkişaf etdirməyin vacibliyini vurğulayıb. Bərpa olunan enerji sahəsində imkanları və hədəfləri diqqətə çatdıran nazir müavini bildirib ki, hazırda xarici investorların bu prosesdə iştirakının təmin edilməsi, eləcə də beynəlxalq təcrubənin öyrənilməsi istiqamətində işlər aparılır.  Azərbaycanda xarici şirkətlərin hüquqlarının qanunla qorunduğunu və əlverişli mühit yaradıldığını deyən Samir Vəliyev Korporasiyanı ölkəmizdə ABOEM üzrə hər hansı bir layihəni birgə reallaşdırmağa dəvət edib.

Korporasiyanın baş icraçı direktoru Dr. Ahmed Ali Attiga təmsil etdiyi  şirkətin bərpa olunan enerji sahəsində bir sıra dövlətlərlə əməkdaşlıq etdiyini və  investisiya dəstəyi göstərdiyini deyərək, Azərbaycanla da bu istiqamətdə imkanları dəyərləndirəcəklərini bildirib.

Görüşdə neft-qaz, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr üzrə  əməkdaşlıq perspektivləri  müzakirə edilib.

Xəbərlər

Energetika

Tədbirlər

CQD AZ

 Mediada Biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent $/b  66.24
 flag usa2x  WTI  $/b 55.82
 az  Azeri Light  $/b 66.16
Appelyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici Məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.