Müstəqil Dövlətlər Birliyinin (MDB) Elektroenergetika Şurası

 

MDB məkanında elektroenergetika sahəsində əməkdaşlığın əsası 14 fevral 1992-ci il tarixli “MDB-də elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin koordinasiya edilməsi haqqında Saziş”lə qoyulub. Saziş MDB-yə daxil olan 11 müstəqil dövlətin hökumət başçıları, o cümlədən Azərbaycan Respublikası tərəfindən imzalanıb. Bu Sazişə əsasən MDB-yə üzv dövlətlərin elektroenergetika sahəsində əməkdaşlığının genişləndirilməsi və birgə fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə Elektroenergetika Şurası yaradılıb. Təşkilatın nizamnaməsi təsdiq edilib.

Keçən müddət ərzində MDB EEŞ-in 50 iclası keçirilib. Təşkilatda ölkəmizi üzv olaraq Energetika Nazirliyi və “Azərenerji” ASC təmsil edir və “Azərenerji” ASC tərəfindən üzvlük haqqı ödənilir.

13-14 mart 2014-cü il tarixində Moskva şəhərində MDB EEŞ-in “Ətraf mühit üzrə işçi qrupu ilə “Enerji effektivlik və bərpa olunan energetika üzrə seksiya”sının birgə iclasında Energetika Nazirliyinin iştirakı təmin edilib.

25 aprel 2014-cü il tarixində MDB Elektroenergetika Şurasının Bakı şəhərində 45-ci toplantısı keçirilib.

24 oktyabr 2014-cü il tarixində MDB Elektroenergetika Şurasının Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 46-cı iclasında energetika naziri Natiq Əliyev iştirak edib.

09-12 iyun 2016-cı il MDB Elektroenergetika Şurasının Tacikistanın Düşənbə şəhərində keçirilən 49-cu iclasında Energetika Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilib.

20-23 oktyabr 2016-cı il tarixində Rusiya Federasiyasının Ufa şəhərində Rusiya Energetika Forumu çərçivəsində keçirilən MDB Elektroenergetika Şurasının 50-ci yubiley iclasına Energetika Nazirliyinin nümayəndəsi də qatılıb.

04 noyabr 2017-ci il tarixində MDB Elektroenergetika Şurasının Özbəkistanın Daşkənd şəhərində keçirilən 51-ci iclasında energetika nazirinin müavini Natiq Abbasov iştirak edib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.