Avropa İttifaqı-Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf mühit üzrə Alt Komitə

 

Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycan ilə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir. Avropa İttifaqı-Azərbaycan enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt- Komitənin hər il iclası keçirilir.

03-06 fevral 2010-cu il tarixində Brüssel şəhərində Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitənin iclasında Energetika Nazirliyinin iştirakı təmin olunub.

Alt Komitənin 10-cu iclası 26-27 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində keçirilib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.