Cənubi Qafqaz Boru kəməri (CQBK)
Bakı-Tbilisi-Ərzrum


logoLastNew en 1Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru kəməri (CQBK) Xəzər dənizindəki "Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstandan keçməklə Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Boru kəməri 20 mlrd. kub metrədək qazı nəql etmək gücünə malikdir. İlk qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2007-ci ilin sentyabr ayında başlanıb.
CQBK ətraf mühitə və sosial təsiri minimuma endirmək üçün inteqrasiya edilmiş eyni layihə qrupundan istifadə etməklə BTC boru kəməri ilə eyni dəhlizdə inşa edilmişdir. Kombinə edilmiş layihələrin tikinti mərhələsinin ən yüksək dövründə təxminən 22 000 nəfər işə götürülmüşdür.
CQBK obyektlərinə daxildir:
> 2 kompressor stansiyası (1-i Azərbaycanda, 1-i Gürcüstanda);
> 1 aralıq ərsinburaxma-qəbuletmə stansiyası;
> 11 kiçik pazlı siyirtmə.
Bütövlüklə boru kəmərinin tikintisinə və istismar əməliyyatlarına Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Ko) cavabdehdir.


• İctimai Sərmayə Proqramı (İSP)


- BTC/CQBK İSP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yerinə yetirilməsi üçün ümumilikdə 25 milyon dollar vəsait xərclənib. Həmin vəsaitin 8 milyon dolları Azərbaycanda qoyulub.
- BTC/CQBK onların təsirinə məruz qalmış hər bir icmada ehtiyac olan layihələrin həyata keçirilməsi məqsədilə ciddi bir İSP yerinə yetirib. Bu İSP səhiyyə, təhsil, biznes, təmir və tikinti kimi müxtəlif sahələri əhatə edib. 


• Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi


15029697113205420708 1000x669Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi "Şahdəniz” yatağının tammiqyaslı İşlənməsi layihəsinin bir hissəsidir. Bu genişləndirilməyə Azərbaycan ərazisində yeni boru kəmərinin çəkilməsi və Gürcüstanda iki yeni kompressor stansiyasının tikintisi daxildir. Bu, boru kəməri ilə ixrac edilən qaz həcmlərini ildə 20 mlrd.kub metrdən çox olmaqla üç dəfə artıracaqdır.
Gürcüstan və Türkiyə sərhədində bu boru kəməri qazı Türkiyəyə və Avropa İttifaqına çatdırmaq üçün digər yeni boru kəmərləri ilə birləşdiriləcəkdir.

 

 

 

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.