- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Avstriyanın paytaxtı Vyana şəhərində, OPEC Katibliyində “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” üzrə qeyri-OPEC ölkələrinin yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanı energetika nazirinin müşaviri Esmira Cəfərova təmsil edib.
Azərbaycan Respublikasının Energetika Nazirliyi və Norveçin Equinor Abşeron AS şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Energetika naziri Pərviz Şahbazovun dəvəti ilə Azərbaycana səfər edən Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Monqolustanın energetika naziri bildirib ki, bu səfər və keçirilən görüşlər iki ölkə arasında enerji, eləcə də digər sahələrdə əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün bir fürsətdir.
Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci iclasının yekunlarına dair Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottingerin iştirakı ilə mətbuat konfransı keçirilib.
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci iclası çərçivəsində bir sıra görüşlər keçirib. Avropa Komisiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşdə Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri müzakirə edilib. Balkan ölkələrinin iştirakı ilə tədbirin keçirilməsinin vacibliyi vurğulanıb.
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Enerji bölməsinin direktoru Aşok Barqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fevralın 20-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasına hazırlıq işləri yekunlaşıb.Toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib.
Energetika naziri Pərviz Şahbazovla Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Davamlı İnfrastruktur Qrupunun icraçı direktoru xanım Nandita Parshadın başçılıq nümayəndə heyəti arasında görüş keçirilib.
Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, Transgaz və Romgaz şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub.