2021-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2.278,0 mlrd. kVt·st, ixracı 99,01 mln. kVt·st, idxalı 12,1 mln. kVt·st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 122,8 mln. kVt·st, ixrac 0,4 mln. kVt·st, idxal isə 2,9 mln. kVt·st artıb.

Cari  ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,2 mln.kVt·st artaraq 13.206 mlrd. kVt·st olub.

Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 161,7 mln. kVt·st artaraq 12.247,5 mlrd. kVt·st, SES-lərdə 92,5 mln. kVt·st artaraq 772,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 186,0 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 47,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 26,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 112,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11.829,2 mlrd. kV·ts (İES-lərdə 11.153,0 mlrd. kVt·st, SES-lərdə 676,2 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 211,0 mln. kV·st (İES-lərdə 99,9 mln. kVt·st, SES-lərdə 87,1 mln. kVt·st, GES-də 24,0 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 1.131,1 mlrd. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 669,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2 mln. kVt·st, idxalı isə 88,9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,4 mln. kVt·st artıb.

Digər xəbərlər