2021-ci ilin ikinci rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i tərəfindən 1383 zəng qəbul edilib.
Daxil olan zənglərin 849-u enerji təchizatı, 77-si qaz təchizatı, 76-sı elektrik və qaz sayğaclarının quraşdırılması, 6-sı mərkəzi istilik sistemi, 333-ü isə digər məsələlərlə bağlı olub. Zənglərin 39-nu təşəkkür xarakterli, 3-nü isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Ümumilikdə bu ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2575 zəng qəbul edilib ki, bunların 1426-sı enerji təchizatı, 237-si qaz təchizatı, 155-i sayğaclaşdırma, 20-si mərkəzi istilik sistemi, 81-i təşəkkür, 647-si isə digər məsələlərlə bağlı müraciətləri əhatə edib. Zənglərin 9-u Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub.

Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) “974” Çağrı Mərkəzi, (012) 598-16-55 “Qaynar xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Digər xəbərlər