- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçirilən VII beynəlxalq seminarında çıxış edib.
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak məqsədilə Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Tədbirdən əvvəl hər iki ölkə nümayəndələri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov 21-23 iyun tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
Azərbaycanda may ayı ərzində gündəlik neft hasilatı 801 min barrel olub.
Bu gün Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin vəfatından bir il ötür
2018-ci ilin may ayından etibarən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb.
Energetika Nazirliyi və “AZPROMO”nun təşkilatçılığı ilə Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Öttüngerin rəhbərlik etdiyi nümayəndə heyəti və Almaniya iş adamlarının iştirakı ilə birgə “dəyirmi masa” keçirilib.
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Norveçin “Equinor” qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.