- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.
27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib.
Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rick Perry ilə görüşüb. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb.
Vaşinqtonda 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol arasında görüş olub. Söhbət zamanı Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair qiymətləndirmələri və proqnozları ilə bağlı fikir mübadiləsi aparılıb.
Energetika naziri Pərviz Şahbazov ABŞ-ın Vaşinqton şəhərində keçirilən 27-ci Ümumdünya Qaz Konfransında çıxış edib.
Energetika naziri Pərviz Şahbazov 25-29 iyun tarixlərində keçiriləcək 27-ci Ümumdünya Qaz Konfransında iştirak məqsədilə ABŞ-ın Vaşinqton şəhərində səfərdədir.
Vyanada OPEC+nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının prezidenti Suhail Mohamed Al Mazrouei ilə görüşüb.
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.
Vyanada OPEC+nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşüb.
Energetika naziri Pərviz Şahbazov Vyanda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb. Görüşdə neft bazarında mövcud vəziyyət, neft hasilatınının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişikliklərin mümkün variantları nəzərdən keçirilib.