- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Energetika Nazirliyinin əlaqələndirici və 23 tədbir üzrə əsas icraçı olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin 2018-ci ildə icrasına dair hesabat yekunlaşmaq üzrədir.
2018-ci ildə Energetika Nazirliyinin mövcud “Elektron xidmətlər” (www.e-xidmet.minenergy.gov.az) portalı yenidən işlənərək istifadəyə verilib.
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
2018-ci ilin IV rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 57 icazə verilib. Bunlardan 53 icazə 5 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
2018-ci ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 2085 ərizə və müraciət daxil olub.
2018-ci il ərzində Energetika Nazirliyində inzibati xətalar haqqında 107 işə baxılıb. Bunlardan 97-i təbii qazın, 10-u isə elektrik enerjisinin talanması ilə bağlı olub. 86 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən geri göndərilib.
Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və "BP-Azerbaijan" Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə Anlaşma Memorandumu (AM) imzaladılar.
Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirakı ilə “Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycanda noyabr ayı üzrə gündəlik neft hasilatı 801 min barrel olub. Bunun 733 min barrelini xam neft, 68 min barrelini kondensat təşkil edib. Gündəlik 605 min barrel xam neft, 68 min barrel kondensat, 6 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
2018-ci ilin noyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 137 müraciət daxil olub.