• EN

Enerji sektorunda tənzimləmə haqqında təlim keçirilib

 

Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun ikinci iclası keçirilib. Azərbaycan Respublikası Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC-nin nümayəndələrindən ibarət İşçi Qrupunun ikinci görüşü çərçivəsində enerji sektorunda tənzimləmə haqqında təlimlərdən ibarət sessiyalar təşkil edilib.

Təlimlər “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz və istilik) inkişafına dair Strateji Yol Xəritəsi”nin mərhələlər üzrə həyata keçirilməsi, Avropa İttifaqı ölkələrində tənzimləyicilərin fəaliyyəti və bu sahədəki qanunvericiliklə bağlı təcrübənin öyrənilməsi, energetika sahəsində tənzimləyicinin gündəlik işinə dair nümunələrin göstərilməsi və maraqlı təqdimatlarla yadda qalıb. Almaniya və Ukraynadan olan ekspertlərin energetika sahəsindəki tənzimləyicilərin ölkələrindəki təcrübələri barədə geniş məruzələri maraqla dinlənilib.

Qeyd edək ki, növbəti görüşün  aprel ayının 30-da keçirilməsi nəzərdə tutulur.

 Xatırladaq ki, Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupu “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılmış enerji üzrə tənzimləyici orqanın fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların hazırlanması və tətbiqi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində işlərin həyata keçirilməsi məqsədilə yaradılıb. DNV GL şirkətinin icraçısı olduğu Layihə “Energetika və kommunal xidmətlər sahəsində Tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanununun işlənib-hazırlanmasını nəzərdə tutur. 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.