- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə növbəti təlim keçirilib
Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə silsilə təlimlərin keçirilməsi davam edir.
Növbəti təlim “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda baş tutub. Energetika Nazirliyinin Aparat rəhbərinin müavini Xalidə Məsimova açılış nitqi ilə çıxış edərək belə maarifləndirici təlimlərin təşkilində Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıqdan məmnunluq ifadə edib, bu gun müzakirə olunan mövzunun dövlət qulluğu fəaliyyətində vacibliyi və əhəmiyyətindən danışıb.
Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədlinin təqdimatı dinlənilib. Müvafiq qanunun məqsədləri, dövlət qulluğu fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, loyallıq, ictimai etimad, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, qanunun icrasına nəzarət və digər məsələlərə dair ətraflı nəzəri və praktiki məlumatlar verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 27 əməkdaşı iştirak edib.